Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi

2020-08-04 10:26:07 / 3398 dəfə oxunub

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın beş ildə ölkə konstitusiyasında dəyişikliklər edilməsini təklif edib.

Bu barədə onun "Zvyazda” qəzetində dərc olunan seçki proqramında qeyd olunur.

Lukaşenkonın sözlərinə görə, belaruslar ölkənin taleyi üçün məsuliyyət daşımağa hazırdırlar:

"Bu məsuliyyət dərəcəsini insanların özləri təyin edəcəklər. Amma qanun çərçivəsində. Küçələrdə və meydanlarda deyil, hüquqi münasibətlər yolu ilə. Konstitusiyadan başlayaq”.

Belarus prezidenti qeyd edib ki, ölkə sakinləri öz hüquqlarını, azadlıqlarını və vəzifələrini, habelə referendum zamanı dövlət orqanlarının səlahiyyətlərini təyin edəcəklər.

Aleksandr Lukaşenko 1994-cü ilin iyulundan bəri daimi olaraq Belarus prezidenti postunu tutur. İndi o, 2020-ci ildə başa çatacaq beşinci prezidentlik dövründədir.


Son xəbərlər
Etibarın itməsi...
2020-09-23 15:31:02
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!