Masallıda məktəb binası bərbad durumda

2020-08-05 18:57:53 / 2387 dəfə oxunub

Masallı rayon Qızılağac kənd Sübhan Xəlilov adına 1 saylı tam orta məktəb təhsilin keyfiyyət göstəricilərinə görə daim fərqlənir. Məktəbin şagirdləri olimpiadalarda yüksək nəticələr göstərib, yetirmələri müxtəlif ali vəzifələrdə çalışırlar. Teleqraf.com-a daxil olan müraciətdə qeyd olunur ki, təhsil ocağının yerləşdiyi bina orada tədrisin yüksək səviyyədə həyata keçirilməsinə imkan vermir.

1969-cu ildə tikilmiş məktəb binasını istismara yararsız vəziyyətdədir. Qəzalı vəziyyətdə olan məktəb binası şagird və müəllimlərin həyatı üçün də təhlükəli hesab edilə bilər. Ötən 50 il ərzində məktəb binasında yalnlız kosmetik dəyişikliklər edilib, bir neçə pəncərə qoyulub. 550 şagirdin təhsil aldığı və 35 müəllimin çalışdığı məktəb üçün yeni binanın tikilməsi üçün kənd sakinləri Prezident İlham Əliyevə, I vitse-Prezident Mehriban Əliyevaya və təhsil naziri Emin Əmirullayevə müraciət ediblər.

Qeyd edilir ki, respublikamızda orta məktəb binalarının əksəriyyəti yenidən tikilib və ya əsaslı təmir edilib. Amma nədənsə Qızılağac kənd məktəbi diqqətdən kənarda qalıb. Kənd sakinləri təhsil binasının durumunun dövlətin təhsil strategiyası ilə üst-üstə düşmədiyini və bu uyğunsuzluğun qısa müddət ərzində aradan qaldırılacağına ümid edirlər.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!