Dünyada “Palmali” şirkətinə məxsus təxminən 20 tanker tərk edilib

2020-08-06 18:02:50 / 4456 dəfə oxunub
"Palmali” şirkətlər qrupunun 20-yə yaxın tankeri İtaliya, Türkiyə, Livan və Misirdə gəmi sahibi tərəfindən tərk edilib.

TASS bu barədə Novorossiyskdə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) müfəttişi Olqa Ananyinanın açıqlamasına istinadla xəbər yayıb.

"Bu şirkətin (Palmali) tankerləri bütün dünyada tərk edilib... Dünyada bu tankerlərdən təxminən 20 ədəddir. Beş və ya altısı İtaliyada, təxminən 15-i hazırda Türkiyədə, biri Beyrutda, biri Süveyşdədir”, - deyə O.Ananyina qeyd edib.

Onun sözlərinə görə, "Palmali” şirkətinə məxsus tankerlərlə bağlı vəziyyət şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun FETÖ (Türkiyədə terrorçu qrupların siyahısına daxil edilib - red.) ilə əlaqəli olması səbəbindən həbs edilməsindən sonra kəskinləşib.

O.Ananyina "Nəticədə, bütün dünyada heyətlər tərk edilib” deyərək, sözlərini yekunlaşdırıb.

Son xəbərlər
Etibarın itməsi...
2020-09-23 15:31:02
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!