Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

2020-08-07 10:30:50 / 3839 dəfə oxunub

Azərbaycanda koronavirusa yoluxanların 56.3 faizi Bakının payına düşür.

Trend-in məlumatına görə, yoluxmanın 6.7 faizi Gəncə-Qazax, 16.1 faizi Abşeron yarımadası, 9.4 faizi Aran zonası, 4.5 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 0.8 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1.5 faizi Şəki-Zaqatala, 1.9 faizi Quba-Xaçmaz, 1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,7 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Naxçıvanda yoluxma 0 faizdir.

Qeyd edək ki, ölkə ərazisində indiyə qədər 766 179 test aparılıb. Aktiv xəstə sayı 3 493 nəfərdir, onlardan 263 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.


Son xəbərlər
Etibarın itməsi...
2020-09-23 15:31:02
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!