İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

2020-08-07 10:55:11 / 5750 dəfə oxunub

Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934 mənzil və fərdi ev verilib.

2020-ci ildə isə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq son 20 gün ərzində 250 mənzil olmaqla, ümumilikdə 554 mənzil verilib.

Digər mənzillər və fərdi evlərin isə ilin sonunadək verilməsi planlaşdırılır. Ümumilikdə indiyə kimi şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.


Son xəbərlər
Etibarın itməsi...
2020-09-23 15:31:02
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!