Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - Ədliyyə Nazirliyi

2020-08-07 12:20:43 / 4512 dəfə oxunub

Penitensiar müəssisələrində koronavirusa yoluxan məhbuslar arasında ağırlaşma yoxdur və hamısı sağalıb.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov deyib.

O bildirib ki, koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda rast gəlinib: Təmas halı orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb”.

İ.Qurbanovun sözlərinə görə, məhbuslar arasında tək-tək yoluxma halı var:

"Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq olunur. Bugünkü günə qədər koronavirus yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb. Səhhətində problem olan məhbusların nəzərdə tutulmuş müddətə uyğun olaraq müalicəsi davam edir və yalnız tam sağaldıqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılırlar”.

Son xəbərlər
Etibarın itməsi...
2020-09-23 15:31:02
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!