Elnur Allahverdiyev seçicilərinə hesabat verdi

2020-08-07 14:12:07 / 5496 dəfə oxunub

Milli Məclisin 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev seçicilərinə növbəti dəfə hesabatverib.

Sabahinfo.az xəbər verir ki, sosial şəbəkələrdəki hesablarından paylaşdığı infoqrafikada deputat iyul ayı ərzində seçici müraciətləri, onların təmin olunması, pandemiya ilə əlaqədar imkansız ailələrə paylanan ərzaq yardımı və dairə ərazisində həyata keçirilən infrastruktur işləri barədə statistik məlumat paylaşıb.

Bildirilib ki, göstərilən müddətdə deputat 609 ailəyə ərzaq yardımı edib. Pandemiya dövründə bu yardım aksiyası davam edəcək.

E.Allahverdiyev qeyd edib ki, fəaliyyəti ərzində seçiciləri ilə daimünsiyyətdədir və onların problemlərinin həllində vasitəçi olmağa çalışır.

Onun fikrincə, millət vəkili seçicisi qarşısında mütəmadi hesabat verməlidir.

E.Allahverdiyev hesabat xarakterli informasiyanı seçiciləri ilə gələcəkdə də bölüşəcəyini bildirib.


Son xəbərlər
Etibarın itməsi...
2020-09-23 15:31:02
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!