Əsli Kazımova: “Sosal layihələrin həcmi rekord həddə çatıb”

2020-08-08 22:09:50 / 3950 dəfə oxunub
"Ölkə başçısının təşəbbüsü ilə 2020-ci ildə həyata keçirilən sosal layihələrin həcmi rekord həddə çatıb”. Bunu VOİCEPRESS-ə açqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən geniş miqyaslı sosial layihələr başqa ölkələr tərəfindən maraqla qarşılanır:

"Covid-19 la və işğalçı Ermənistanla mübarizə dönəmində ölkəmizdə iqtisadi və sosial məsələlərin axsamadan öz həllini tapması həqiqətən təqdirə layiq haldır. Sadəcə 2020 ci ildə görülən işlər sayəsində 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırıldı. Bununla yanaşı sadəcə bu il şəhid ailələrinə və müharibə əlillərinə 554 ev artıq təqdim edilib. Ötən gün Cənab Prezident də öz nitqində qeyd etdi ki, bu il 7 mindən çox köçkün ailə bu imkanlardan yararlanacağı nəzərdə tutulub. Bununla yanaşı ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunur. Bunlar hamısı ölkədə əhalinin rifahı üçün atılmış addımlardır.

Sadəcə bu il müharibə əlillərinə 150 avtomobil təqdim edilib. Bütün bunların hamısı pandemiya dövrü olmasına baxmayaraq, həyata keçirilən və Cənab Prezident tərəfindən təxirəsalınmaz layihələr programıdır. Başqa-başqa dövlətlərin parktikasına da baxın. Pandemiya ilə mübarizə dövründə ən inkişaf etmiş dövlətlərin iqtisadiyyatı çöküş yaşadığı bir halda, milli valyutalarını dollarla müqayisədə dəyərdə saxlamaq adına iqtisadi xaos yaşadıqları bir anda Azərbaycan dayanmadan geniş miqyaslı sosial layihələr həyata keçirir. Pandemiyadan ən az zərərlə çıxa bilmələri üçün sahibkarları belə diqqətdən kənar qoymur. Müəllimlərə və həkimlərə xüsusi diqqətlə yanaşılır.

Hesab edirəm ki, Cənab Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində görülən bütün bu uğurlu işlər nümunəvi daxili siyasi idarəetmə modelinin tərkib hissəsidir. Dünyada vüsət alan mövcud vəziyyəti, hazırki geosiyasi mövqeyi və dünya ölkələrinin iqtisadi böhranın astanasında olduğu bir zamanda Azərbaycanın belə uğurlu siayasi idarəetmə ilə, təmkinlə duruşunu izlədikcə, Azərbaycanımızın sözün əsil mənasında etibarlı əllərdə olduğundan bir daha əmin olursan…”
Son xəbərlər
Etibarın itməsi...
2020-09-23 15:31:02
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!