Dünyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb

2020-08-10 09:25:45 / 2575 dəfə oxunub

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb.

Sabahinfo.az-ın "Worldometers" portalına istinadən verdiyi məlumata görə, 07:00 üçün koronavirusa yoluxanların sayı 20 024 263 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 733 995 nəfəri ölüb, 12 898 238 nəfəri isə sağalıb.

Lakin Cons Hopkins Universitetinin məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 19 778 566 nəfər təşkil edir.

Ən çox yoluxma hallarının qeydə alındığı ölkələr sırasında ABŞ (5 044 435), Braziliya (3 035 422), Hindistan (2 153 010), Rusiya (885 718) və CAR (559 859) yer alıblar.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!