Ərdoğan: Türkiyə süni küləklərlə əyilib, bükülə biləcək bir ölkə deyil

2020-08-11 11:56:27 / 3302 dəfə oxunub

Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter” hesabındakı paylaşımında deyib.

R.T.Ərdoğan bildirib: "Türkiyənin regional və qlobal bir güc olaraq yüksələn ulduzundan narahat olanlar hər dəfə daha məkrli, daha riyakar şəkildə üstümüzə gəldilər.

Terror təşkilatlarından tutmuş çevriliş edənlərə, maliyyə lobbilərindən tutmuş tarixi hesablaşmalara qədər hər cür vasitə ilə təzyiq göstərdilər.

Hamısının bir-bir öhdəsindən gəldik. Bu gün ölkəmizin gələcəyə inamla baxmasının, regional və qlobal mövqelərdə fəal rol oynamasının arxasında güclü bir təməl var.

Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil.

Epidemiyadan sonra meydana gələn yeni dünya nizamında coğrafi mövqeyimiz, logistik şəbəkə əlaqələrimiz, istehsal gücümüz, insan resursları və bilik və bacarıqlarımızdan istifadə edərək yeni bir uğur hekayəsi yazacağıq”, - deyə R.T.Ərdoğan bildirib.

Paylaşımda Türkiyənin 2002-2019-cu illər arasındakı inkişafını göstərən sxem yer alıb.


Son xəbərlər
Etibarın itməsi...
2020-09-23 15:31:02
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!