Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb

2020-08-12 11:57:01 / 2310 dəfə oxunub

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə guya bir neçə şəxsin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkildiyi iddia olunan fotolar yayılmışdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, qeyd olunan fotoların ölkə ərazisində çəkilməsi barədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdür və cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edir.

Azərbaycan Respublikası Baş Prokurorluğu qəti olaraq bildirir ki, fotolarda yer alan şəxslər şahid, şübhəli, o cümlədən təqsirləndirilən şəxs və ya hər hansı digər statusda istintaqa cəlb olunmamış, həmin şəxslərlə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində heç bir istintaq hərəkəti aparılmamışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin informasiya sahəsində milli maraqlarına zidd olmaqla qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq həyata keçirilən məqsədyönlü tədbirlərə inamsızlıq yaratmağa xidmət edən, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən dezinformasiyaların yayılması yolverilməzdir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!