İLTİZAM YUSİFOV: "DÜNYAYA ÖRNƏK DOSTLUQ - QARDAŞLIQ MODELİ"

2020-08-13 10:54:07 / 10905 dəfə oxunub
"Dünya türkləri üçün deyilmiş məşhur deyim var. Deyirlər ki, türk üçün doğulduğu ölkə ana evi, Türkiyə isə onun güvənc yeridir. Bu gün Türkiyə bütün türk dünyası üçün güvənc yeridir. Türkiyə ilə yanaşı Azərbaycanın durmadan inkişaf etməsi, regionda söz sahibi olması bu iki türk dövlətinin gələcəkdə də daha qlobal problemlərin həllində birgə addımlayacağına əsas verir”.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov xarici işlər naziri Ceyhun Bayramovun Türkiyədə keçirdiyi görüşləri şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan birliyi dünyaya öynək birlikdir və bu birlik heç zaman sarsılmayacaq: "Əsası sağlam münasibətlər üzərində qurulan, ümummilli lider Heydər Əliyevin birlik simvolu olan Türkiyə-Azərbaycan qardaşlığı zaman-zaman sınaqdan üzüağ çıxan və artıq heç bir gücün təsiri altına düşə bilməyəcək bir modeldir. Yadınıza gələr ki, İlham Əliyev Beynəlxalq sammitdə erməni prezidentinin Türkiyə əleyhinə işlətdiyi ifadələrə dərhal reaksiya verib onu yerində otuzdurmuşdu: "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə - Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. Bu fikirlər onu deməyə əsas verir ki, bəli Azərbaycan və Türkiyə sağlam münasibətlər üzərində qurulan dostluq-qardaşlıq platformasında uğurla irəlilləyirlər. Bu münasibətləri heç kim poza bilməz.

İ.Yusifov Türkiyənin ermənilərin Tovuz təxribatı zamanı tutduğu mövqeyə də diqqət çəkib: "Tovuzda baş verən məlum hadisələr zamanı məsələyə ilk reaksiya verən ölkələrdən birincisi Türkiyə oldu. Türkiyə Prezidenti səviyyəsində bu məsələ pislənildi. Təhlükəsizlik Şurasının iclasında bu məsələ müzakirə olundu. Daha sonra Türkiyənin Çexiyadakı səfiri Egemen Bağışın Pqaqada həmyerlilərimizin təşkil etdiyi mitinqdə bir başa iştirak etməsi, Naxçıxanda Azərbaycan-Türkiyə birgə geniş miqyaslı təlimlərinin keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycanın üzləşdiyi erməni təxribatında Türkiyə daim Azərbaycanın yanındadır. Türkiyə bu məsələdə qətiyyətini heç bir beynəlxalq gücdən çəkinməyərək ortaya qoyur. Bu isə belə həsas məqamda güclərin birlikdə istifadəsindən doğacaq qələbəyə bir işarədir”.

İ.Yusifov sonda onu da qeyd edib ki, cənab Prezident İlham Əliyev yürütdüyü uğurlu siyasət nəticəsində artıq erməni siyasətçilərinin beynəlxalq məğlubiyyətlə barışmasını şərtləndirib. Artıq dünya birliyi Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bütün bunların fonunda cənab Prezidentin rəhbərliyi altında Dağlıq-Qarabağ münaqişəsinin həlli uzaqda deyil!.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!