Cavanşir Paşazadə: "Onlar Azərbaycan cəmiyyətini təhlükə altına atırlar" - MÜSAHİBƏ

2020-08-26 16:32:36 / 4664 dəfə oxunub
Deputat Cavanşir Paşazadə KONKRET.az-ın suallarını cavablandırıb.


-Cavanşir bəy, bilirsiniz ki, 2018-ci ildən başlayaraq ölkəmizdə çox mühüm struktur islahatları aparılmaqdadır. Bu islahatlar nəticəsində vəzifəsindən suistifadə edən bir çox yüksək vəzifəli şəxslər həbs edilib. Növbəti aylarda da bu struktur islahatları davam edəcəkmi?

-Ölkəmizdə iqtisadi, siyasi, sosial və struktur islahatları aparılmaqdadır. Bu islahatlar 2018-ci ildə başlamayıb. Qeyd edim ki, bu islahatlar cənab Prezident İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən aparılmaqdadır. Sadəcə 2018-ci ildən başlayaraq bu islahatlar yeni bir mərhələyə qədəm qoyub. Təəssüf ki, vəzifə təyin olunan bəzi şəxslər cənab Prezidentin onlara göstərdiyi etimadı doğrultmur, vəzifələrindən suistifadə edirlər. Cənab Prezident keçirdiyi bütün müşavirələrdə qeyd edir ki, nazirlərin, deputatların və digər vəzifəyə təyin olunan şəxslərin hər biri xalqın xidmətində dayanmalı, vətəndaşların problemlərini həll etməlidir. Təəssüf ki, bəzi məmurlar insanlarımızın problemlərini azlatmaq əvəzində daha da çoxaldır, onları sıxma-boğmaya salırlar. Hətta bir qədər qabağa gedərək dövlətimiz tərəfindən təyin edilən sosial yardımları mənimsəyirlər. Bu, həqiqətən biabırçılıq və qəbul edilməyən addımlardır. Bilirsiniz ki, cənab Prezident o məmurlara dəfələrlə xəbərdarlıq edərək tutduqları vəzifəyə niyə təyin edildiklərini xatırlatdı. Lakin onlar bunu eşitməməzlikdən gəlib, öz çirkin əməllərini davam etdirdilər. Nəticədə də qanunun sərt üzü ilə qarşılaşdılar. Hesab edirəm ki, bu struktur islahatları davam etdiriləcək. Vətəndaşları incidən, vəzifəsindən suistifadə edən hər bir şəxs ciddi şəkildə qanunla cəzalandırılacaqlar. Dövlət tərəfindən aparılan bütün islahatlar insanlarımızın yaxşı yaşamasına və onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

-Bu gün bilirsiniz ki, ölkədə mövcud pandemiyaya görə 7 aya yaxındır ki, toy, nişan, yas və digər mərasimlərin keçirilməsinə qadağa qoyulub. Lakin bu qadağalara məhəl qoymayıb, toy, nişan və digər mərasimləri keçirən insanlar da az deyil.

– Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bu pandemiya bir çox ölkələrin eləcə də bizin iqtisadiyyatımıza mənfi təsir göstərməkdədir. Cənab Prezident tərəfindən verilən operativ qərarlar nəticəsində koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Koronavirusun geniş yayılmasının qarşısını almaq üçün ilk olaraq insanların kütləvi şəkildə bir yerə toplaşdığı toy, nişan, ad günü və yas mərasimlərin kerçirilməsinə qadağa qoyuldu. Elə valideynlər və gənclərimiz var ki, aylardır ki, səbirlə pandemiyanın bitməsini gözləyir ki, şad günlərini arzuladıqları şəkildə keçirə bilsinlər. Bəli, doğru buyurursunuz ki, bu gün qoyulan qadağa məhəl qoymayan insanlar da var. Onlar tək özlərini deyil, bütün Azərbaycan cəmiyyətini təhlükə altına atırlar. Həmin insanlar bilirsiniz ki, qanunla sərt şəkildə cəzalandırılmaqdadırlar. Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etsin.

-Cavanşir bəy, bu gün qardaşınız, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür.

-Bəli, bu gün mənim qardaşım, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ad günüdür. Təəssüf ki, pandemiyaya görə doğum günü keçirə bilməyəcəyik. Çünki ilk öncə insan sağlamlığıdır. Qardaş kimi, əlbəttə, ona ilk öncə can sağlığı və işlərində uğurlar arzulayıram. Şeyxülislam Allahşükür Paşazadə yaxşı qardaş olmaqla yanaşı həm də qayğıkeş ailə başçısı və atadır. Allah onu bizə, ailəsinə, övladlarına çox görməsin.

Qeyd edim ki, biz qardaş olmaqla yanaşı, həm də iki yaxşı dost və sirdaşıq. Elə bir gün olmasın ki, mən qardaşımla danışıb, məsləhət etməyim.

Bu gün tək qardaşım Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin doğum günü deyil, həm də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da doğum günüdür. Bu gün Mehriban xanım Əliyeva cənab Prezidentlə birlikdə dövlətimizin inkişafı və uğurlu gələcəyi üçün çalışırlar. Bu gözəl gün münasibətilə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətində, dövlətçiliyimizin inkişafında, xalqın rifah halının daha da yaxşılaşdırılmasında davamlı uğurlar və yeni-yeni nailiyyətlər azrulayıram.
Son xəbərlər
Neftin qiyməti düşdü
2020-10-26 11:19:15
Ər arvadını öldürüb
2020-10-26 11:00:48
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!