ÜST rəhbəri yeni pandemiyaya hazırlaşmağa çağırdı

2020-09-08 10:23:04 / 3477 dəfə oxunub

Xəstəliklər, pandemiyalar insan həyatının bir hissəsidir və dünya ölkələri növbəti böyük epidemiyaya qarşı daha yaxşı hazırlaşmalıdırlar.

Lenta.ru-nun məlumatına görə, bu barədə Cenevrədə brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib.

"Bu son pandemiya deyil. Tarix bizə epidemiyaların və pandemiyaların əslində həyatın bir parçası olduğunu öyrədir”, - deyə o, əlavə edib.

ÜST rəhbəri bir sıra ölkələrin səhiyyə sektorunun inkişafına laqeyd yanaşdıqlarını və bunun da SARS-CoV-2 koronavirus pandemiyası ilə mübarizəyə hazırlıqlarına təsir etdiyini bildirib.

"Növbəti belə hadisəyə dünya indi olduğundan daha yaxşı hazırlanmalıdır”, - deyə o, sözlərini yekunlaşdırıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!