Şuranın dəstəyilə Zaqatala rayonunda 100 ailəyə yardım qutuları paylanıb

2020-09-16 11:22:07 / 1550 dəfə oxunub
"İnnovativ İdeya və Təşəbbüslər" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə "Birləşək və paylaşaq” layihəsinin icrasını yekunlaşdırıb.

Layihə çərçivəsində Zaqatala rayonunda əhalinin həssas təbəqəsindən olan insanlarımıza (aztəminatlı ailələrə və tənha yaşlılara, günəmuzd çalışanlara, əliliyi olanlara) ərzaq yardımları və əhalinin koronavirus haqqında məlumatlanmasını təmin edən maarifləndirici bukletlər paylanılıb.

Yardım qutuları Zaqatala rayonunun Muxax, Mamrux, Kəpənəkçi, Yengiyan, Dağlı, Yuxarı Tala, Aşağı Tala, Çobankol, Muğanlı, Qımır, Cimcimax, Gözbarax kəndlərində yaşayan 100 ailəyə təqdim edilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!