Ağdamda Azərbaycan və Türkiyə bayraqlarını endirmək istəyiblər? - AÇIQLAMA

2020-09-17 09:47:22 / 1789 dəfə oxunub

Ağdam Rayon İcra Hakimiyyəti rayonun Dördyol qəsəbəsində ucaldılarn Türkiyə və Azərbaycan bayraqlarının endirilməsi iddialarına cavab verib.

İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru şöbəsinin müdiri Vüsal MirzəyevOxu.Az-a açıqlamasında məsələnin yanlış anlaşıldığını deyib. Onun sözlərinə görə, heç kim bayrağı endirmək istəməyib:

"Xeyr, bayraqların endirilməsindən söhbət gedə bilməz. Orada sadəcə olaraq bayraqların standartlara uyğunlaşdırılması məsələsi var. Bayraqların hər biri fərqli ölçüdə idi. O səbəbdən eyni ölçüdə olması və daha yaxşı görünməsi üçün standart formada olan bayraqlarla dəyişdirilib. Vətəndaşlarla yaranan narazılıq da aradan qaldırılıb. Məsələ öz həllini tapıb. Həm Azərbaycan, həm də Türkiyə bayraqları hazırda öz yerindədir”.

Qeyd edək ki, bir qrup şəxs sosial şəbəkədə video yayaraq, polis əməkdaşlarının Azərbaycan və Türkiyə bayraqlarının endirilməli olduğunu dediyini iddia etmişdi.

Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!