27 yaşlı müəllim intihar etdi

2020-09-17 14:40:10 / 1084 dəfə oxunub


SABAHİNFO.AZ  xəbər verir ki, bu barədə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib:

"121 nömrəli tam orta məktəbdən hadisə ilə bağlı verilən məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı 16 sentyabr tarixində özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb.

Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat edib.

Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Bizdə olan məlumata əsasən, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.

Elnarə Həziyeva

Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!