20 Sentyabr - Azərbaycanın gələcəyini müəyyənləşdirən tarixi gün — Deputat yazır

2020-09-18 16:45:29 / 1839 dəfə oxunub
Neft bəşəriyyətin həyatında əvəzolunmaz rol oynayan ən mühüm təbii sərvətdir. Azərbaycanda neftlə bağlı məlumatlar erkən orta əsr alim və səyyahların əsərlərində qeyd olunub. İlk məlumatlar lX-Xl əsrə təsadüf edir. Lakin İraqda Azərbaycanlıların yaşadıgı Kərkükdə (Baba-Qurqur neft yatağı) olan "yanar dağ”ın (Eternal Fire) tarixi 4000 ildən artıq müəyyən edilib. Bu haqda Heredot və Plutarxın yazıları var. Məhşur italyan səyyahı Marko Polo Bakı neftinin yaxın Şərq ölkələrinə daşınmasından söz açıb. Bu faktlarla Azərbaycan ərazisinin neft məkanı olması çoxdan sübut olunub.

1847-ci ildən neftin mexaniki üsulla Bibiheybət və Balaxanıda qazılmış quyulardan hasil edilməsi ilə sənaye üsulunun tətbiqi başlanır. XlX əsrin sonu XX əsrin əvvəlində dünyada çıxarılan neftin 50% dən çoxu Azərbaycanda hasil edilirdi. 1947-ci ildə dünyada dənizdə ilk estakadanın tikintisinə başlandı. 1949-cu ildə açıq dənizdə yataqların mənimsənilməsi "Neft daşları " yatagının kəşfi ilə əsası qoyuldu (Ginnesin rekordlar kitabı -ilk neft platforması:Neft daşları).

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyni bərpa etdikdən sonra neft təkcə ölkə iqtisadiyyatının uğurlu inkişafında deyil, eyni zamanda təhlükəsizliyinin, sabitliyinin təmin olunmasında müstəsna rol oynayıb.

Bütün bunların təməlində Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın Neft Strategiyasının uğurlu icrası dayanır.

Azərbaycanın iqtisadi-siyasi həyatında Neft Strategiyasının, onun əsas tərkib hissəsi olan Ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, siyasi iradəsi və şəxsi nüfuz və hörmətinin sayəsində 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi”nin rolu əvəzolunmazdır. Gələcək nəsillər Ulu öndərin siaysi iradəsi, uzaqgörənliyi və müdrik siyasəti nəticəsində imzalanan "Əsrin müqaviləsi”nin çağdaş Azərbaycan tarixinfə və dövlətçiliyində oynadığı rol qızıl hərflərlə qeyd olunacaq.

İmzalanın müqavilənin tarixi əhəmiyyətini nəzərə alan Ulu öndər Heydər Əliyev 2001-ci ildə 20 sentyabr gününün Azərbaycan neftçilərinin peşə bayramı günü kimi qeyd olunması barədə fərman verdi.Odur ki, 20 Sentyabr –"Neftçilər günü”nü Ulu öndər Heydər Əliyevin Azərbaycan neftçilərinə böyük hədiyyəsi kimi dəyərləndirməliyik. Belə ki, 1994-cü ilin sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi” Azərbaycanın təkcə iqtisadiyyatında deyil, bütövlükdə, ictimai-siyasi, sosial təhlükəsizlik sahəsində yeni bir səhifə açdı. 20 sentyabr Azərbaycanın sıçrayışlı inkişafının bünövrəsi qoyulduğu tarix oldu. Müqavilənin imzalanması ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə başlandı. İndiyədək "Azəri-Çıraq-Günəşli” yataqlarından 516,0 milyon ton neft və 172,0 milyard kubmetr qaz hasil olunub.
"Əsrin müqaviləsi” ümummilli liderimiz Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri onun ikinci şah əsəri oldu.
"Əsrin müqaviləsi”nin imzalanması gününün neftçilərin peşə bayramı kimi qeyd olunduğu bir gündə biz "Şahdəniz” epopeyasından da danışmaya bilmərik. Çünki "Əsrin müqaviləsi” olmasaydı, "Şahdəniz” də olmayacaqdı. "Şahdəniz” layihəsi Ulu Öndərimiz Heydər Əliyevin üçüncü şah əsəridir.
"Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz” yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.

"Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəql edilməsi və bu məqsədlə "Cənub Qaz Dəhlizi”nin çəkilməsi bizim müasir qaz epopeyamızın ən parlaq fəslidir.

Uğurlardan danışsaq çox vaxt alar. Amma bunlar arasında son illərin əsas hadisələrdən biri də, 2020-ci il avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Qarabağ” yatağında qoyulacaq platformanın dayaq blokunun dənizə yolasalınma mərasimini hesab etmək olar. Bu dayaq blokunun quraşdırılması "Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq və Azərbaycanda neft-qaz hasilatının stabil saxlanılmasına əlavə stimul verəcəkdir.Digər tərəfdən cənab Prezident İlham Əliyevin dediyi kimi bu həm də bir rəmzi bir məna daşıyır: " Necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz dogma Qarabağ torpağımıza qayıdacağıq”. "Qarabağ” yatağında neftin hasılatın işğal altında olan Qarabağ torpaqlaırnın işğaldan azad edilməsinə gedən yol olacaq.

Bünövrəsi Ulu öndər tərəfindən qoyulan neft strategiyası bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan təkcə özünün siaysi deyil, o cümlədən iqtisadi suverenliyini, təhlükəsizliyinin təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Yürüdülən siyasət nəticəsində Azərbaycan dünyanın ən nüfuzlu və mötbər ölkələrindən biri kimi dünya dövlətləri arasında yer tutmaqdadr.

Mən həmişə deyirəm ki, biz sonradan neftçi olmuruq, biz neftşi döğuluruq. Bu barədə Azərbaycanın görkəmli neft mühəndisi, alim Yusif Səfərov vaxtilə demişdir ki, "Azərbaycan neft ölkəsidir və burada yaşayan hər birinsan peşəsindən asılı olmayaraq neftçidir". Şübhəsiz ki, görkəmli neftçi Azərbaycanlıların qəlbən, ruhən neftçi olmağı nəzərdə tuturdu. Bu gün dünya inkişaf edir, artıq yüksək texnologiyaların tətbiqi bütün sferaları əhatə etməkdədir. Bəzən deyirlər ki, "Neft erası " bitdi. Belə bir deyim var: Daş dövrü ona görə bitməyib ki, daş qurtarıb. Bu gün alternatıv enerji mənbələrinin tətbiq sahəsi genişlənir, yüksək texnologiyalar tətbiq edilir. Bu zamanın tələbidir. Bəli, neftin yanacaq kimi istifadə dövrü bitə bilər, lakin neft təbii xammaldır, onun tərkibində 1000 dən artlıq kompanent var və neft təbii xammal olaraq həmişə istifadə olunacaqdır. Ancaq onu da qeyd edək ki, neft yancaq vasitəsi olduğundan dünya durduqca yanacaq növü olaraq öz əvəzsiz rolunu oynayacaq.

Sonda Azərbaycan neftçiləri üçün çox əziz bayram olan 20 Sentyabr - "Neftçilər Günü” münasibətilə Azərbaycan neftçilərini təbrik edir, onlara uzun, sağlam və mənalı həyat arzu edirəm!

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü

İltizam Yusifov
Ölkə.Az

Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!