Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir

2020-09-21 16:56:08 / 912 dəfə oxunub

Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib.

Milli Məclisdən Sabahinfo.az-a verilən məlumata görə, bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Səməd Seyidov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlardan Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Moskva şəhərinin "Domodedovo” hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

Sabah Parlamentin Sədri Sahibə xanım Qafarova səfər proqramına uyğun rəsmi görüşlərə başlayacaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!