Çeçen “qanuni oğru” “Lotu Quli”nin kriminal imperatorluğunu zor gücünə ələ keçirmək istəyir

2020-09-21 18:00:00 / 1050 dəfə oxunub

Çeçenistanlı "qanuni oğru” Əhməd Dombayev (Şalinski) kriminal aləmdə "Lotu Quli” kimi tanınan "qanuni oğru” Nadir Səlifovun kriminal imperatorluğunazor gücü ilə yiyələnmək istəyir.

Bu barədə Ura.ru "Telegram” kanalında məlumat verir.

Hazırda o, Çelyabinsk bölgəsindəki nüfuzunu aktiv şəkildə artırır və "Cənubi Uralın nəzarətçisi” statusuna sahibdir. Başqa bölgələrdə dəstək almağı bacarsa, mərhumun irsi üçün "Lotu Qulinin” qardaşı "Namiq Bakinski” ləqəbi ilə tanınan Namiq Səlifov ilə rəqabət edə bilər. Ə.Dombayev meyvə, qoz-fındıq və tərəvəz satışına gələn pul axınlarına göz dikib, buna görə dəqarşıdurmalara səbəb ola biləcək qəti addımlara hazırdır.

Avqustun 20-də "Lotu Quli” kriminal imperatorluğu üçün üç iddiaçı barədə xəbər verilib: qətlə yetirilən "Ded Xasan”ın qardaşı oğlu 47 yaşlı Georqi Akoyev ("Giya Sverdlovski”), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze ("Avto”) və 39 yaşlı Əhməd Dombayev.

Lakin "Lotu Quli”nin varisi Namiq Səlifovsayılır. "Qanuni oğru”larMerab Mzarelua və Masi Qvaramiyanın barışması onun nüfuzunu artırıb və qeyd-şərtsizlider statusunu təmin edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!