Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır

2020-09-22 10:00:59 / 683 dəfə oxunub

Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir.

Sabahinfo.az xəbər verir ki, bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan əsgərinin şəhid edilməsi ilə bağlı açıqlamada ifadə edilib.

Nazirlikdən verilən açıqlamada deyilib: "Yuxarı Qarabağı qanunsuz işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəsi pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza baş sağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”.

Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!