Azərbaycanda koronavirusa kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı

2020-09-22 10:41:37 / 579 dəfə oxunub

Koronavirusa kütləvi yoluxma qeydə alınan"Şəki Bazar” ASC yenidən fəaliyyətə başlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bazar bu gün səhərdən etibarən açılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19-a yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar” ASC-nin üç gün müddətində fəaliyyətini dayandırması barədə qərar vermişdi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!