Məktəblər bağlanacaq

2020-09-22 12:22:12 / 1098 dəfə oxunub

Ötən gecə Təhsil Nazirliyinin açıqladığı məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb. Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məktəblərin yenidən bağlanması gündəmə gəlib.Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov KİV-ə açıqlamasında bildirib ki, dünən nazirliyin yaydığı məlumatı məktəblərin bağlanması ilə bağlı hazırlıq tədbiri kimi təqdim etmək doğru deyil:"Bu, həftəlik bir məlumatdır və biz bunu yaymaqla məlumat vermişik. Bu, məktəblərin yenidən bağlanması, əyani təhsilin məhdudlaşdırılması demək deyil”.O qeyd edib ki, koronavirus aşkarlanan şagirdlər ev şəraitində yoluxublar.

Elnarə Həziyeva

Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!