Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi

2020-09-22 13:06:39 / 990 dəfə oxunub

Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərardan apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb. Məhkəmənin qərarı ilə Eldar Həsənovun ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılsa da, məhkəmə vəsatəti təmin etməyib.

E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!