Koronavirusla bağlı SON STATİSTİKA

2020-09-23 10:02:34 / 1143 dəfə oxunub

Dünyada 31 783 676 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Adalet.az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan 975 471 nəfər ölüb, 23 400 797 nəfər sağalıb.

Koronavirusa yoluxma (7 097 937 nəfər), ölüm (205 471 nəfər) və sağalma (4 346 110 nəfər) sayına görə ilk yerdə ABŞ dayanır.

Yoluxma sayına görə Hindistan (95 646 010 nəfər), ölüm sayına görə Braziliya (138 159 nəfər) ikinci yeri paylaşırlar.

Rusiya 1 115 810 yoluxma ilə dördüncüdür.

Yoluxma sayına görə ilk onluqda ən çox Latın Amerikası ölkələri qərarlaşıb. Bunlar Braziliya (3-cü yer), Kolumbiya (5-ci yer), Peru (6-cı yer), Meksika (7-ci yer) və Argentinadır (10-cu yer).

İranda 429 193, Türkiyədə 306 302, Ermənistanda 47 667, Gürcüstanda isə 3 913 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 39 378 nəfərin 578-i ölüb, 36 949-u sağalıb.


Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!