Bakıda polisə silahlı müqavimət gösdərən şəxs saxlanıldı

2020-09-23 11:34:54 / 940 dəfə oxunub

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşayan R.Süleymanovun evinə keçmiş həyat yoldaşının rayon İcra və Probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb.Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan "MR-155” markalı ov tüfəngi götürülüb.

Elnarə Həziyeva

Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!