Kənd sakinlərindən TOZ-16 markalı ov tüfəngi tapıldı

2020-09-23 11:46:58 / 875 dəfə oxunub

Siyəzən və Tərtər sakinlərində silah aşkarlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini A.Cəlilovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb. Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakini E.Quliyevdən müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb

Elnarə Həziyeva

Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!