Övladlığagötürmə ilə bağlı YENİLİK: 480 manat ödəniləcək

2020-09-23 11:58:31 / 905 dəfə oxunub

"0-18 yaş arası sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən ailələrə aylıq müavinət nəzərdə tutulur”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook” səhifəsində "Sosial Saat” verilişi zamanı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, layihə Milli Məclisə təklif olunub:

"Həmin şəxslərə ödəniləcək aylıq məbləğ 480 manat təşkil edəcək”.

C.Şahmalıyev bildirib ki, üç yaşdan yuxarı uşaqları övladlığa götürənlər barədə də təkliflər var:

"Həmin ailələrə aylıq 160 manat dəstək veriləcək. Həmçinin, bu uşaqların səhiyyə, təhsil xərclərinin dövlət tərəfindən qarşılanması təklif edilir”.

Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!