Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

2020-09-23 12:41:38 / 1077 dəfə oxunub
Ailələrə Sosial Dəstək İctimai Birliyi "Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlərin təşkili” layihəsinin icrasına start verib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin birgə elan etdiyi müsabiqədə qalib gəlib.

Layihənin məqsədi gənc nəsil arasında qida təhlükəsizliyi sahəsində norma və standartlar haqqında maarifləndirmə işinin təşkili, qida məhsullarının norma və standartlara uyğun istehsal olunma və düzgün şəraitdə saxlanma qaydalarının öyrədilməsi, qida təhlükəsizliyinin aşılanması ilə qaydalara uyğun qidaların alınması ilə qida mənşəli xəstəliklərin azaldılmasına nail olmaqdan ibarətdir.

Qeyd edək ki, layihə 3 ay müddətinda Quba rayonunda icra olunacaq.
Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!