"Belə bir təklif Azərbaycan xalqını qətiyyən qane edə bilməz" - Deputat

2020-09-24 17:24:39 / 1089 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə bildirib ki, Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır.

Bununla bağlıSonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə işğal altında olan 5 rayonun azad olunması təklifini irəli sürüb:

"Qeyd etmək istəyirəm ki, bu təklif Lavrov tərəfindən 2016-cı ilin aprel döyüşlərindən sonra da səsləndirilib və münaqişənin həlli üzrə "Lavrov planı" adını alıb. Lavrova görə, 5 rayon boşaldılır və kommunikasiyalar açılır, iqtisadi münasibətlər bərpa olunur, sülhməramlı qüvvələr (əsasən rusiyalı) əraziyə daxil olur, sonra Qarabağın statusu ilə bağlı müzakirələr başlanır. Təbii, belə bir təklif Azərbaycan xalqını qətiyyən qane edə bilməz. Əksər beynəlxalq təşkilatlar Qarabağ ətrafında 7 rayonun azad olunmasını şərt olaraq göstərib. Nəzərə almaq lazımdır ki, regionda geosiyasi vəziyyət də ölkəmizin xeyrinə dəyişməkdədir.

Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkə başçımızın qətiyyətlə apardığı hücum diplomatiyası, Qoşulmama hərəkatına, Türk şurasına sədrlik etməsi, ümummilli məsələlərdə xalqın yekdilliklə cənab Prezidentə dəstəyi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirən amillərdir. Ona görə də indiki halda xalq Lavrovun təklifini qəbul etməz. Mənim məlumatıma görə, digər həmsədrlər 7 rayonun boşaldılmasını dəstəkləyirlər. Rusiyanın Ermənistana təsir imkanlarının daha çox olması isə heç kimə sirr deyil. Ədalətli mövqe sərgiləməklə şimal qonşumuz Azərbaycanın timsalında əbədi, etibarlı dost qazanmış olar".

Son xəbərlər
Neftin qiyməti düşdü
2020-10-26 11:19:15
Ər arvadını öldürüb
2020-10-26 11:00:48
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!