Tramp söz verdi: Vaksin 24 saat ərzində ölkənin bütün ərazilərinə çatdırılacaq

2020-09-25 10:26:25 / 1026 dəfə oxunub

ABŞ-ın hazırladığı koronavirus peyvəndlərinin istifadəsi təsdiqindən 24 saat sonra bütün ölkə ərazisinə çatdırılacaq.

TASS agentliyi xəbər verir ki, Donald Tramp bunuŞarlott şəhərində (Şimali Karolina ştatı) seçiciləri önündə çıxış edərkən bəyan edib.

D.Tramp bildirib ki, aprel ayından başlayaraq ölkədə koronavirusdan ölənlərin sayı 85 faiz azalıb.

"ABŞ rəhbərliyi rekord müddət ərzində dörd peyvənd hazırlayır. Peyvəndlər klinik sınaqların son mərhələsindədir. Çox böyük ümidlər vəd edən vaksinlər kütləvi şəkildə istehsal ediləcək və təsdiqləndikdən 24 saat sonra bütün Birləşmiş Ştatlar ərazisinə çatdırılacaq”, - Ağ Ev rəhbəri deyib.

Son xəbərlər
Neftin qiyməti düşdü
2020-10-26 11:19:15
Ər arvadını öldürüb
2020-10-26 11:00:48
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!