Azərbaycanda oğlan keçmiş sevgilisinə hücum etdi - ANBAAN VİDEO

2020-09-25 15:31:12 / 677 dəfə oxunub

Sumqayıtda gənc qız keçmiş sevgilisi tərəfindən hücuma məruz qalıb.

Bu barədə hücuma məruz qalan 24 yaşlı S.B. baku.ws-ə məlumat verib.

Qız bildirib ki, keçmiş sevgilisi tərəfindən təhdid olunur.

O, həmçinin qeyd edib ki, 26 yaşlı Cavid Çingiz oğlu Qəniyev ilə dörd il sevgili olub. Lakin ailələri onların evlənməyinə razı olmayıblar.

Bundan sonra gənc oğlan sevdiyi qıza hədə-qorxu gəlməyə başlayıb, sentyabrın 1-də Sumqayıt şəhəri 6-cı mikrorayonda qıza və anasına hücum edib. Hadisə müşahidə kameralarına düşüb.

Videodan da göründüyü kimi oğlan keçmiş sevgilisinin yaşadığı ünvana gəlib, qızı döyüb. Daha sonra qız və anasının üstüna bıçaq çəkib.

Şikayətçi deyir ki, həmin vaxt Cavid Qəniyev narkotik maddələrin təsiri altında olub.

Hadisə barədə "102” - zəng mərkəzinə şikayət ediblər. Əraziyə polis cəlb olunub və şikayət araşdırılması üçün Sumqayıt şəhər 3-cü polis bölməsinə göndərilib.

Polisin müdaxiləsinə baxmayaraq, Cavid Qəniyev yenə də keçmiş sevgilisini təhdid etməkdə davam edir. O bildirib ki, qızdan əl çəkən deyil. Hər gün qapılarına gedir və onu öldürəcəyi ilə hədələyir. Cavid Qəniyev deyib ki, qızın üzünə sirkə turşusu atacaq. Yalnız bundan sonra ondan əl çəkəcək.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarından baku.ws-ə bildiriblər ki, hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!