Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

2020-09-27 10:49:39 / 644 dəfə oxunub

Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlə qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu yerləşən zonalarda yerləşə Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif müxtəlif çaplı artilirreya qurğularndan atəşə tutulub.

Sabahinfo.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

A.Eyvazov bildirib ki, düşmən tərəfi Tərtər rayonunun qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, füzuli rayonunun Xocuq Mərcanlı kəndinin intensiv atəşə tutması nəticəsində mülki əhali arasında həlak olan və yarlanan var: "Mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib. Ermənistan silahlı qüvaəlrinin atəş nöqtələri susdurulub. Mülki əlahtinin təhlükəsizliyini qorumaq üçün qoşunların əks-zücum əməliyyatına başdaması barədə qərar verilib.

Ermənistan silahlı qüvvələrinin ön xətdə və cəbhənin dərinliyində yerləşən obyektləri məhv edilib. Azərbaycan ordusunun bir döyüş helikopteri zədələnib, helikopter öz ərazimizə endirilib. Qloşunlarımız sürətli əks-hücum əməliyyatlarını davam etdirir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi qeyd edib ki, sosial şəbəkə istifadəçiləri rəsmi olmayan, dəqiqləşdirilməyən, qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!