Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

2020-09-27 10:50:47 / 760 dəfə oxunub

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın sosial media hesabından etdiyi açıqlamada "Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınayırıq. Bu hücumların qarşısında Türkiyə Azərbaycanın yanındadır”deyib.

"Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatı dərhal dayandırmalıdır.

Türkiyə bu hücumlar qarşısında Azərbaycanın yanındadır.

Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”, -deyə İ.Kalın qeyd edib.

Son xəbərlər
Neftin qiyməti düşdü
2020-10-26 11:19:15
Ər arvadını öldürüb
2020-10-26 11:00:48
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!