Ceyhun Bayramov: Ermənistanın təxribatı nəticəsində dünən 6 mülki şəxs ölüb, 19 nəfər yaralanıb

2020-09-28 12:15:57 / 722 dəfə oxunub

Türkiyə Xarici işlər naziri cəbhədəki vəziyyətlə bağlı zəng edib narahatlığını bildirib.

Trend-in məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, gün ərzində Rusiya, İran, Avropa İttifaqı və bir sıra ölkə və beynəlxalq təşkilatlarla əlaqə saxlanılıb və məlumat verilib. Bütün danışıqlarda məsələnin mahiyyəti və mövcud durum barədə müzakirə olunub. 30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizi hələ də işğal altındadır. Azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Həmin ərazilərdə azərbaycanlı qalmayıb. Beynəlxalq təşkilatların qətnamələri olmaqla Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı uzun illər danışıqlar aparılıb, amma Ermənistan bu danışıqlardan yayınıb. Paşinyanın Qarabağın Ermənistan olması barədə bəyanatı açıq təxribat idi. Ermənistan müdafiə nazirinin yeni müharibə konsepsiyasına imza atması növbəti təxribat idi. Mart ayında Dağlıq Qarabağda qanunsuz seçkilər keçirilməsi və digər təxribat xarakterli hərəkətlər danışıqlara çox ciddi zərbə vurdu, prosesi iflic etdi. Bu təxribatlara beynəlxalq təşkilatlar ciddi reaksiya vermədi və bu da bizi narahat edir. Ermənistan silahlı qüvvələri iyul ayında Tovuz rayonuna hücum etdi, avqust ayında erməni kəşfiyyat dəstəsi təmas xəttində təxribat törətdi və dünən səhər saatlarında növbəti təxribatlar baş verdi. Onlar mülki şəxsləri hədəf alaraq Azərbaycan əhalisinə qarşı təxribatlara davam edir. Dünən 6 nəfər mülki şəxs həlak olub, 19 nəfər isə yaralanıb. Biz ərazilərimizi müdafiə etməyə qadir olduğumuzu göstəririk".

C.Bayramov deyib ki, bu təxribatlar Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazilərində baş verir: "Biz əminik ki, ərazisi işğal altında olan dövlətlə işğalçı dövlətə eyni bəyanatlar verilməsi uzun illər effekt vermədi. Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bu təcavüzə son qoymalıdır".

Son xəbərlər
Neftin qiyməti düşdü
2020-10-26 11:19:15
Ər arvadını öldürüb
2020-10-26 11:00:48
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!