Ərdoğan NATO baş katibi ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

2020-10-06 09:37:58 / 998 dəfə oxunub

NATO müttəfiqləri Türkiyə ilə güclü həmrəylik nümayiş etdirməlidir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə Ankarada keçirilən görüşdə bildirib.

Məlumata əsasən, tərəflər Şərqi Aralıq dənizi, Suriya və Liviyadakı vəziyyəti vurğulayaraq regional problemləri müzakirə etdilər.

Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti şərh edən Ərdoğan BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinin Ermənistanı təcili olaraq, tamamilə və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyə çağırdığını xatırladıb.

Türkiyə lideri Ankaranın NATO-nun Şərqi Aralıq dənizindəki Türkiyə və Yunanıstan hərbçiləri arasında riski azaltmaq və hadisələrin qarşısını almaq təşəbbüsünü dəstəklədiyini də açıqlayıb.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!