“Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara Və Onların Ailələrinə Yardım” İctimai Birliyi həyata keçirdiyi layihənin icrasına başa vurub

2020-10-15 17:31:49 / 883 dəfə oxunub

"Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara Və Onların Ailələrinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Postpandemiya dövründə sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin maarifləndirilməsi, onlar üçün kompyuter kurslarının təşkili” adlı layihənin icrasını başa vurub.

Layihə dövründə 3 nömrəli Respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə 3 ay ərzində kompyuter kursları keçirilib. Bu kurslarda pandemiya dövründə ümumi qaydalara riayət edərək sosial məsafəni saxlamaqla intensiv təlimlər vasitəsilə sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə kompyuter biliklərinin öyrədilməsi nəzərdə tutulmuşdur.

Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə, uşaqlara özünə inam hissini qazandırmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, onlara cəmiyyətdə özlərinə müəyyən yer tutması üçün zəmin yaratmaq,peşə hazırlığının səviyyəsi və ehtiyacların həll olunması istiqamətində konkret addım atmaq idi.

Layihə dövründə 3 nömrəli Respublika xüsusi internat məktəbində hər birində 10 nəfər sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclər olmaqla iki ayrı qrup yaradılmışdır və hər bir qrupa 6 təlim keçirilmişdir. Təlimlərin sonunda onlar sertifikatlarla təltif olunub.

Eyni zamanda layihə dövründə 3 nömrəli Respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclər üçün koronavirus (Covid-19) pandemiyası dövründə maarifləndirici bukletlər, eləcə də "Komüter anlayışları” adlı kitabça hazırlanıb çap edilib və 3 nömrəli Respublika xüsusi internat məktəbinin rəhbərliyinə təhvil verilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!