Azərbaycanla bağlı saxta videoları bu şəxs hazırlayır

2020-10-16 12:15:36 / 768 dəfə oxunub

"Azərbaycan və onun Silahlı Qüvvələrinə dair saxta video və fotoların hazırlanmasında Aram Qabrelyanov adlı şəxs mühüm rol oynayır”.

"Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.

"Ermənistanın dezinformasiya və feyk məlumatlar "istehsal”ında Rusiyadakı "Life News” media holdinqinin sahibi Aram Aşotoviç Qabrelyanov rolunu aktivləşdirib. Qabrelyanovun İrəvana ezam olunmuş 6 nəfər əməkdaşı orada bilavasitə feyk istehsalı ilə məşğul olan qrupda yer alıblar.

"İstehsal”a fotolar, videolar, səs yazıları, sosial şəbəkədə paylaşımlardan skrinşotlar və s. daxildir”, - deyə jurnalist bildirib.

Son xəbərlər
Rəzalət davam edir...
2020-10-29 16:49:37
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!