Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı - RƏSMİ

2020-10-16 12:32:52 / 699 dəfə oxunub

"Oktyabrın 15-dək 546 şagird, 186 müəllim koronavirusa yoluxub”. 

Sabahinfo.az- ın- məlumatına görə, bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bugünədək məktəb daxilində şagirdlər arasında kütləvi yoluxma qeydə alınmayıb:"Ümumilikdə yoluxma ilə bağlı 85 sinif bağlanmışdı. Onlardan 20-də tədris bərpa olunub. Hazırda yoluxma qeydə alınan 65 sinif bağlıdır. Müəllimlər arasında koronavirusa yoluxma ilə bağlı 48 məktəb bağlanıb. Onlardan da biri - Qubanın Qamqam kəndindəki məktəb artıq açılıb”.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, yoluxmanın artımını təkcə təhsil müəssisələri ilə əlaqələndirmək olmaz:"Son bir ayda biz özümüz də etiraf edək ki, rahatlaşmışdıq. Bu məsələdə maksimum diqqətli olmaq lazımdır. İnsanlar kənarda yoluxaraq, ev şəraitində müəllimləri yoluxdura bilərlər. Birmənalı şəkildə demək olmaz ki, müəllimlər də məktəblərdə yoluxur. Odur ki, əhalini maksimum dərəcədə karantin qaydalarına riayət etməyə çağırırıq”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!