"Azərbaycan xalqı ordusu üçün COVİD-19-a hamılıqla “yox” deməlidir"

2020-10-16 18:17:37 / 1062 dəfə oxunub

Milli Məclisin deputatı, tanınmış cərrah Rəşad Mahmudov Azərbaycan əhalisinə çağırış edib.

Sabahinfo.az xəbər verir ki, Rəşad Mahmudov çağırışında bildirib:

"Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq, Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, vətəni üçün, ordusu üçün COVİD-19-a hamılıqla "yox” deməlidir.

Bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq. Çünki...

Gəlin səhiyyə işçilərimizi, həkimlərimizi COVİD-19-la mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü, ruhunu öz əsgərinə, öz ordusuna, öz haqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək!

Gəlin Ali Baş Komandan və hökümət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!