“Azərişıq” ASC Şamaxının Çuxuryurd kəndində yenidənqurma işləri aparır

2020-10-19 13:22:48 / 867 dəfə oxunub

"Azərişıq” ASC-nin Şamaxı rayonunun Çuxuryurd kəndində həyata keçirdiyi yenidənqurma işləri abonentlər tərəfindən məmnuniyyətlə qarşılanıb.Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.Bildirilib ki, köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub. 5 minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlər proqramının icrası uğurla davam edir.Xatırladaq ki, "Yeni kəndlər” layihəsi çərçivəsində "Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.


Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!