Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir - Deputat

2020-10-20 17:31:28 / 957 dəfə oxunub

Bu gün Azərbaycanın həm döyüş, həm də diplomatiya meydanında qələbələr qazanması, 30 ildir erməni işğalı altında olan torpaqlarımızın ard-arda erməni işğalından azad edilməsi bir-iki günün yox, illərdir aparılan düzgün və uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev illərdir ki, Azərbaycan həqiqətlərinin, dövlətimizin qəti mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan iş aparır, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxladığını onların diqqətinə çatdırırdı:

"Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir”.

Deputat qeyd edib ki, Azərbaycan xalqı daim Prezident İlham Əliyevin apardığı düzgün siyasəti dəstəkləyib, Ali Baş Komandanın ətrafında sıx birləşib:

"Azərbaycan Xalqı hər zaman olduğu kimi, sentaybrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünün arxasında oldu, ona inanaraq həmişəki kimi onun arxasında durdu. Xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi, eyni zamanda ordumuza böyük dəstək nümayiş etdirdi. Azərbaycan xalqı tarixi günlərini yaşayır, hər gün sevincli xəbərlər eşidir, Qələbə Gününün çox yaxında olduğuna inanr. Cənab Prezident hər gün xalqımıza xoş qələbə xəbərləri çatdırır.

Bu gün də möhtərəm Prezidentimiz xalqı çox sevindirdi, Zəngilan şəhərinin və 24 kəndin işğaldan azad edilməsi ilə bağlı müjdəni xalqımıza çatdırdı.

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında!”.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!