YAP Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlara təqaüd verəcək

2020-10-21 12:46:41 / 677 dəfə oxunub

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüşüb.

Sabahinfo.az-a məlumatına görə, Ə.Əhmədov Gəncədə Ermənistanın raket atması nəticəsində dağılmış ərazidə olub.

Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən 300 manat məbləğində aylıq təqaüd təyin edilib.

Baş nazirin müavini qeyd edib ki, təqaüdün verilməsinə gələn aydan etibarən başlanılacaq və həmin uşaqlar 18 yaşına çatana qədər davam edəcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!