“Paşinyanı, erməniləri bütün dünyada biabır etdik”-MÜSAHİBƏ

Nəsib Məhəməliyev: "Cənab Preizdent İlham Əliyev Tvitter sosial şəbəkəsində ən çox izlənilən ikinci liderdir"

2020-10-21 12:59:03 / 2025 dəfə oxunub

Milli Məclisin deputatı Nəsib Məməməliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

- Nəsib müəllim ilk öncə müsahibə üçün bizə vaxt ayırdığınıza görə sizə təşəkkür edirik. Bildiyiniz kimi cəbhədə gərgin döyüşlər gedir. Azərbaycan ordusu uğurlu əməliyyatlar həyata keçirir. Bununla bağlı Sizin fikirlərinizi öyrənmək istərədik. Bugünkü gün həm cəbhədə, həm cəmiyyətimizdə müharibə ab-havası necə sezilir?

- Sağ olun, mən də təşəkkür edirəm. Ancaq ilk növbədə ən böyük təşəkkürü cənab Prezidentə, Ali Baş Komandanımıza etmək istəyirəm. Ona görə ki, cənab Prezident İlham Əliyev Azərbaycan xalqının qürurunu özünə qaytardı. Azərbaycan xalqına XXI əsrdə belə tarixi qələbələri yaşamaq şansını verdi. Azərbaycanın dövlətçilik tarixində xüsusi qızıl həriflərlə hərb tarixini yazdı. Bütün bunlar təbii ki, Azərbaycan xalqının öz liderinə olan inamının, etibarının baris nümunəsidir. 30 il ərzində etiraf etməliyik ki, hər bir azərbaycanlı istər daxildə, istər xarici ölkələrdə digər millətlərinin nümayəndələri ilə münasibətdə hər zaman bir daxili kompleks hissi ilə yaşayıb.  Vətəndaşlarımız 20 faiz torpaqlarımızın itkisi ilə barışa bilməyib, özünü təhqir olunmuş hesab edib. İkinci bir tərəfdən hər bir Azərbaycan vətəndaşında bütün bu yaşanan faciələrə, iztirablara, minlərlə şəhidlərə, bir milyondan artıq məcburi köçkün, qaçqınlara görə, beynəlxalq təşkilatların, dünya güclərinin soyuqqanlı münasibəti və münaqişəni həll etməli olan təşkilatların fəaliyyətsizliyi gələcəyə olan inamını itirmişdi. Təbii ki, bütün bu kompleksləri, natamamlıq hissini Ali Baş Komandanımız aradan götürdü. Ona görə ən böyük təşəkkür Prezidentimizə düşür. Və 60-a yaxın yaşayış məntəqəmizin düşməndən azad olunması, elə-belə azad olunması yox, məhz çox ağıllı, düşünülmüş strateji plan əsasında olduqca ağıllı, düşünülmüş, təhlil olunmuş taktiki addımların həyata keçirilməsi nəticəsində bu torpaqları biz azad elədik. Proses davam edir və azad eləməklə yanaşı uzun illər məğlubedilməz erməni ordusu, sonralar bu küçə siyasətçisi Paşinyanın ifadəsi ilə desək intellektual ordusunu darmadağın elədik. Bu kolxoz təfəkkürlü Paşinyanın bütün fikirlərini həm erməni xalqı ilə, həm erməni ordusu ilə bağlı tam alt-üst elədik və bütün dünyada Paşinyanı, ondan əvvəlkiləri də, bütövlükdə erməniləri biabır etdik. Bu biabırçılığın kökündə, yenə də təkrar edirəm xalqın öz liderinə olan inam, etibar dayanır. Təsəvvür edin siyasi əqidəsindən, cəmiyyətdə tutduğu statusdan asılı olmayaraq hər bir kəs, böyükdən-kiçiyə Prezidentin ətrafındadır, ona dəstək verir. Bütün digər texniki vasitələrlə bərabər, güc strukturları ilə bərabər olduqca böyük bir şərtdir, qələbəni şərtləndirən amildir. Mən bunu çox yüksək qiymətləndirirəm və Azərbaycan xalqı yeni-yeni qələbə xəbərlərini cənab Prezidentdən gözləyir.

- Bu məğlubiyyətlərdən sonra belə deyək erməni xalqı özündə bir təpər tapıb Paşinyanı hakimiyyətdən devirməsilə bağlı nəsə bir plan qura biləcəkmi. Və eyni zamanda Ermənistanda yeni bir siyasi düzəmin gözləmək olarmı?

- Normal məntiqlə bu belə olmalı idi. Çünki Paşinyan son dövrlərin verdiyi müsahibələrinə, hərbi döyüşlər başlayandan sonra çoxsaylı xarici ölkələrin dövlət başçılarına, liderlərinə yalvarış zənglərilə və təzadlı fikrilərilə, təzadlı bəyanatlarıyla mən düşünürdüm ki, ilk növbədə erməni xalqı xəcalət hissi çəkir ki, belə bir təsadüfi kolxoz təfəkkürlü gəlib onların başçısı olub.  Amma təcrübə göstərdi ki, ermənilər bir millət olaraq xəstələniblər. Mənə elə gəlir ki, məsələnin kökündə bu durur. Çünki erməni ideoloqları tarix boyu öz xalqına yalanlar danışıblar. Uşaq dünyaya gələn zaman ona ən kiçik yaşlarından belə saxta tarixlə bağlı o qədər uydurmalar uydurublar və eyni zamanda qonşu ölkələrə bir coğrafiyada yaşayan xalqlara qarşı, əsasən Türkiyə, Azərbaycan xalqlarına qarşı nifrət ruhunda böyüdüblər. Tarixdə heç vaxt olmayan böyük Ermənistan dövlətilə bağlı uydurmalar danışıblar, yazıblar və bunu təbliğ ediblər. Bütöv nəsillər bu saxta uydurmaların nəticəsində böyüyüb. Bunlara elə gəlir ki, doğrudan da tarixdə çox böyük dənizdən dənizə böyük Ermənistan olubdu və erməni xalqı dünyanın ən qədim, ən mədəni xalqıdır və dünyada müsbət nə varsa, erməni xalqı tərəfindən yaradılıb. Bunlar qeyri-adi bir millətdir. Bu baxımdan millətin psixoloji xəstəliyi var. Mən "Facebook”da bununla bağlı bir status paylaşmışam. Nə qədər ki, ermənilər özündə güc tapıb, bu saxta tarixi faktlardan imtina etməyiblər, saxta təbliğatdan, qonşu ölkələrin millətlərinə qarşı düşmənçilik siyasətindən əl çəkməyiblər, qonşu dövlətlərin ərazi bötüvlüyünə göz dikirlər erməni xalqı heç vaxt xoşbəxt olmayacaq, erməni xalqı heç vaxt normal dövlət qura bilməyəcək. Normal təfəkkür onu deyirdi ki, bu ağır məğlubiyyətlərdən sonra Paşinyanı hakimiyyətdən atacaqlar. Amma bir həqiqət də var ki, hələ onlar öz xalqından çox məsələləri əsasən də itkilərlə bağlı statistikanı gizlədirlər. Hesab edirəm ki, qurtarandan sonra o itkilər aradan qalxandan sonra Paşinyan özü-özünü güllələyəcək. Amma bir azərbaycanlı kimi tam səmimi onu da deyim ki, şəxsən bizə Paşinyanın müharibə qurtarana kimi orda qalması hələlik məsləhətdir.

- Ümumilikdə Siz necə düşünürsüz müharibə qısa bir zamanda yekunlaşa bilərmi?

- Yenə də qayıdıram normal məntiqə. Normal məntiqlə hərbi qələbələr danışıqlar masasına oturmağı şərtləndirməli idi. Yəni real vəziyyət ondan ibarətdi ki, erməni ordusu Azərbaycan ordusunun qarşısında heçnədir. Baxmayaraq ki, yaxın Şərq ölkələrindən muzdluların ora gətirilməsi, hətta Fransadan, ayrı-ayrı ölkələrdən muzdlu terrorçuların PKK kimi terror təşkilatının nümayəndələrinin ora gəlməsi üçün kifayət qədər faktlar mövcuddur. Ancaq buna baxmayaraq, ermənilər faktiki olaraq heç nə edə bilmirlər və indi ümumi səfərbərlik elan ediblər qoca kişiləri cəbəhəyə gətirirlər. Və ondan əvvəl də qəribə bir qadın batalyonunu yaratmışdılar. Bu onların resurslarının tükəndiyini göstərən bir amildir. Eyni zamanda nəzərə alsaq ki, qısa zamanda bir milyard dollardan yuxarı bütün hərbi texnikasını Azərbaycan ordusu məhv elədi. Buna görə normal məntiqlə danışıqlara başlanılmalı idi. Ancaq burda xarici bir faktorları nəzərdən qaçırmamalıyıq. Çünki Paşinyanı hakimiyyətə gətirən qüvvələr hələ də ondan nəsə umurlar. Burada geopolitik şərtlər var. Geopolitik şərtlər hələ imkan vermir ki, Paşinyan hakimiyyətdən getsin. Amma yaxın zamanda inşallah Azərbaycan əsgərinin səyi nəticəsində Paşinyan özü-özünü güllələyəcək.

- Beynəlxalq təşkilatlarlara davamlı müraciətlər olur. Milli Məclis, eyni zamanda Prokrorluq, Ombudsman və digər aidiyyatı qurumlar hərə öz çərçivəsində  erməni torruru ilə bağlı müraciətlər edir. Amma təəssüf ki, beynəlxalq təşkilatlardan hələ bir advekat cavab görə bilmirik. Bununla bağlı biz hansı addımlar atmalıyıq?

- Azərbaycan düşmənə qarşı həyata keçirdiyi əməliyyatlarda öz siyasətini, əsasən də imformasiya siyasətini düzgün qurub. Eyni zamanda  xüsusi qeyd eləmək istəyirəm ki, cənab Prezidentin ayrı-ayrı ölkələrin xəbər agentliklərinə verdiyi müsahibələrin hər birisi bir diplomatiya məktəbidir. Yəni gündən-günə biz daha da çox müsbət mənada təəccüblənirik. İnsanın daxili potensialına, dünyada gedən proseslərə nə qədər doğru təhlil etmək bacarığına və Azərbaycan həqiqətlərini dünyaya çatdırmağına. Bu informasiya sahəsində çox böyük addımdır. Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Trampdan sonra Tvitter izləyiciləri sayına görə ikinci yerdə cənab Prezident İlham Əliyevdir, üçüncü yerdə Ərdoğandır. Bu heç bir mətbuatda yazılmayıb. İndi bütün proseslərlə bağlı ermənilərin bizim mülki şəhərlərimizi Gəncəni, cəbhəyanı bölgələrdə Tərtəri, Goranboyu, Naftalanı, Tovuzu, Füzulini, Horadiz şəhərini, Mingəçeviri, Xızını, Abşeronu bombalaması ilə bağlı hər bir fakt üzrə ayrı-ayrılıqda cinayət işi qaldırılıbdı. Hər bir fakt  hüquq-mühafizə orqanları tərəfindən sənədləşdirilib. Konkret olaraq Gəncə şəhərində, Tərtərdə, Mingəçevirdə baş vermiş dağıntılarla, mülki vətəndaşların ölümü, yaralanması ilə müşayiət olunan hadisələr birbaşa Azərbaycanda təmsil olunan bütün xarici ölkələrin səfirliklərin, diplomatik korpusun, beynəlxalq təşkilarların nümayəndələrinin iştirakı ilə sənədləşdirilibdi. Və Ermənistan bizdən fərqli olaraq bir belə hal göstərə bilməz. Tərtərdə  baş vermiş dəfn  mərasimində qəbiristanlığın bombalanması bu o deməkdir ki, dünyada ikinci belə vəhşi, əzazil, qəddar millət ola bilməz. Bu qeyri-adi bir düşməndir. Dəfn mərasimini bombalamaq heç bir beynəlxalq konvensiyalara, beynəlxalq hüquq norma  prinsiplərinə uyğun gəlmir. Ümumiyyətlə cəzalanmalı hərbi cinayətlərdir. Amma təəssüf doğuran odur ki, bütün bu proseslərə və cinayətlərə beynəlxalq təşkilatlar görməməzlikdən gəlir. Çox təəssüflər olsun ki, vaxtında reaksiya vermilər və yaxud da ki, ikili standartlara görə, özlərinin kooperativ maraqlarına görə ya susqunluq nümayiş etdirirlər, ya da ki, növbətçi fikirlərlə işlərini bitmiş hesab edirlər.

- Sonrakı dövrlərdə ən azı belə bir qərarın, qətnamənin verilməsi gözlənilərmi. Yoxsa bu məsələ belə də qapanıb gedəcək?

- Yox, bu məsələlər belə qapanmayacaq. Hesab edirəm ki, biz dövlət olaraq öz işimizi görməliyik. Heç kimin ağlına gəlməzdi ki, III Reyxin belə bir çiçəklənmiş dövründə cəmi 3-4 ildən sonra onların hər birisi nühüm bir prosesində, Qarabağ ehtimalında cavab verəcəklər. Yəni dünyada hər şey ola bilər. Bütün bu cinayətlər sənədləşdirilməlidir, cinayət işi açılmalıdır və lazım gələn anda biz onlardan istifadə etməliyik.

- Balakənddə ab-hava necədir, yerlərdə seçicilərinizlə münasibət saxlayırsınızmı?

- Balakəndə də Respublikanın hər yerində olduğu kimi olduqca yüksək vətənpərvərlik hiss olunur. Baxmayaraq ki, şəhidlərlərimiz var. Kifayət qədər balakəndli könüllü şəkildə cəbhədə vuruşur. Şəhidlərin dəfnində çıxışlarda, onların valideynlərinin, yaxınlarının fikirləri ilk növbədə Vətən təəssüfkeşliyi olması, şəhidlərin Vətənə qurban olması ilə bağlı fikirləri təbii ki, hər birimizi qürurlandırır. Seçicilərlə bağlı bizim əyani şəkildə tədbirdə iştirak etmək imkanımız yoxdur, gedə bilmirik. Lakin seçicilərlə gündəlik və fasiləsiz əlaqələr var. Yəni köməkçilər vasitəsilə biz bu prosesi həyata keçiririk. Onların istənilən problemləri, ehtiyacları ilə bağlı hər gün rayonda iş aparılır.

- Müharibə şəraitində təkcə ələ silah alıb vuruşmaq deyil, eyni zamanda arxa cəbhədə də fəaliyyət daha önəmlıidir. Maraqlıdır millət vəkili kimi siz arxa cəbhədə nə işlər görürsünüz?

- Birincisi biz  sosial şəbəkələrlərlə işləyirik. Həm "Facebook”, həm tvitter, həm Kütləvi İnformasiya Vasitəsitələrinin imkanlardan istifadə edirik. İkincisi Vətən torpaqları uğrunda şəhid olmuş insanlara əlimizdən gələn köməklik edirik. Üçüncüsü seşicilərin və müharibəyə getmiş, müharibədə iştirak edən insanların, imkansız ailələrin, əlillərin, tək-tənha insanların  problemlərini həll eləyirik. Yəni bir millət vəkili olaraq yox, bir balakəndli kimi, bir vətəndaş kimi hər hansı bir reklamdan uzaq, maksimum çalışırıq ki, onların hər birisinin dərdinə şərik olaq.

Ədil Ədilzadə


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!