Madər Musayev: “Türkiyə münaqişənin yarandığı ilk gündən Azərbaycanın haqq işinə dəstək verib və bu dəstək davam edir”

2020-10-21 14:48:33 / 2053 dəfə oxunub

"Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun ölkəmizə səfəri Türkiyə-Azərbaycan dostluğunun tərənnümüdür”. Bunu Milli Məclisin deputatı Madər Musayev TBMM sədri Mustafa Şentopun Azərbaycana səfərini dəyərləndirərkən deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın haqq işini dəstəkləyən və sona qədər bu yolda yanımızda olan ölkədir. Bu baxımdan başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu işdə bizə dəstək olan türk diplomatlarına, türk jurnalistlərə və ümumiyyətlə Türkiyə ictimayyətinə təşəkkür edirik.

M.Musayev qeyd edib ki, Mustafa Şentopun Milli Məclisin pleniar iclasında səsləndirdiyi fikirlər Türkiyə-Azərbaycan dostluğunda yeni mərhələnin başlandığına bir işarədir: "Cənab Prezident İlham Əliyevin dediyi kimi indi elə bir məqamdır ki, kimin-kim olduğu açıq  aydın ortadadır. Türkiyə münaqişənin yarandığı ilk gündən Azərbaycanın haqq işinə dəstək verib. Ermənistanla sərhədlərini bağlayıb. Eyni zamanda Ərdoğan dəfələrlə beynəlxalq tribunalarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həll olunmasını dilə gətirib. Beynəlxalq ictimayyətdən bunu tələb edib. İndi də cəbhədə baş verən hadisələrin fonunda Türkiyə Azərbaycanın haqq işinin dəstəklənməsində əlindən gələni əsirgəmir. Mustafa Şəntop da Milli Məclisdə çıxışı zamanı bu məsələni xüsusi vurğuladı. Qeyd etdi ki, nə Azərbaycan 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə, nə də dünya 30 il öncəki dünyadır. Biz birlikdə səsimizin nə qədər gur olduğunu dünyaya bəyan edəcəyik. Biz hər zaman haqdan, həqiqətdən, sülhdən yanayıq. Biz Azərbaycanı dəstəkləyəcəyik. Biz zəfərə qədər Azərbaycan necə istəyirsə, o cür də Azərbaycanın yanında olacağıq. Üçrəngli bayraq Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!”.

Madər Musayev onu da qeyd edib ki, Azərbaycanın müzəffər ordusu ermənı dığalarına hər gün sarsıdıcı zərbələr endirir. Bu zərbələrin nəticəsində düşmən döyüş meydanından qaçır. İgid əsgərlərimiz onları iti qovan kimi qovur. Bu hələ son deyil. Zəngilanın işğaldan azad olunması xəbəri kimi digər şəhər və rayonlarımızın da düşmən tapdağından azad olunacağı gün uzaqda deyil.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!