DİN əhaliyə xəbərdarlıq edir

2020-10-21 17:07:41 / 612 dəfə oxunub

Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, nazirlik əhaliyə xəbərdarlıq edib.

Nazirliyin məlumatında deyilir: "Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin "102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir. Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!