Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi

2020-10-22 16:52:41 / 691 dəfə oxunub

Hər il olduğu kimi, bu il də ölkədə kəskin respirator virus infeksiyası xəstəliklərinin yayılmasında artım olacaq.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qaydaya uyğun olaraq, hər ilin 40-cı həftəsindən kəskin respirator virus infeksiyası xəstəliklərinin payız-qış mövsümünə start verilir: "Artıq 3-cü həftədir ki, bu mövsüm başlayıb. Son 5 illə müqayisədə qripə yoluxma sayında artım müşahidə olunmur”.

Nazirlik rəsmisi əlavə edib ki, COVİD-dən qorunma həm də digər respirator infeksiyalardan qorunmağa gətirib çıxarır.

Qripə qarşı vaksinlərin artıq Azərbaycana gətirildiyini deyən N.Mürsəlova qeyd edib ki, vaksinasiya könüllülük əsasında həyata keçirilir.

O, indiyədək vaksin edilən insanlar arasında hər hansı narahatlığın qeydə alınmadığını da nəzərə çatdırıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!