Adil Əliyev: “Ermənistanın iqtisadiyyatı artıq çökür”

2020-10-22 17:19:52 / 689 dəfə oxunub

İşğaldan azad edilmiş şəhər və rayonlarımızın siyahısının artması, mütəmadi olaraq yeni qələbə xəbərlərinin gəlməsi hər bir azərbaycanlını sevindirir. Azərbaycanın ərazi bütövlüyü uzun illərdən sonra bərpa olunmağa başlayır, torpaqlarımız kənd-kənd, qarış-qarış düşmən tapdağından təmizlənir. Necə qürur duymaya bilərik axı?

Bu barədə Milli Məclis Sədrinin müavini Adil Əliyev mediaya açıqlamasında məlumat verib.

A.Əliyevin sözlərinə görə, təxminən 30 ilə yaxın işğal altında olan tarixi məskənlərimizin azad edilməsini və Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə şanlı ordumuzun Ermənistan tərəfinə vurduğu zərbəni xain qonşularımız uzun illər unutmayacaq:

"Bu gün yalnız Ermənistan hərbi cəhətdən uduzmur və düşmənin döyüş meydanında silahlı texnikası məhv olmur, eyni zamanda da bu ölkənin iqtisadiyyatı artıq çökür. Bugünə qədər Ermənistanın itkisi artıq 1,5 milyardı keçib, büdcəsi dəməlumdur.COVİD-19 infeksiyasının Ermənistan ərazisində sürətlə yayılması və vəziyyətə nəzarət etmə imkanlarının olmaması nəticəsində onsuz da bu ölkə iqtisadiyyatıtənəzzül yaşayırdı.

Həm də haqsız şəkildə apardığı müharibədə iqtisadi və resurs itkiləri onlara uzun müddət özlərinə gəlməyə imkan verməyəcək. Aylarla yığdıqları ianələrlə alınmış silah və sursatları ordumuz cəmi bir neçə dəqiqənin içində məhv edir.Hələ davam edən müharibədə Ermənistanın verdiyi itkilərin sayı-hesabı yoxdur. Məğlubiyyətə uğradıqca daha çox geri çəkilməyə məcbur olurlar, bu da ordumuzun sürətini vəişğaldan azad edilən yurdlarımızınsayını artırır.

İlk günlər ordumuz kəndləri və qəsəbələri işğaldan azad edirdisə, bu gün artıq bütöv rayon və şəhərləri düşmən təcavüzündən qurtarır. Müdafiə Nazirliyinin döyüş bölgələrindən çəkdikləri videolara baxsaq, bir daha əmin oluruq ki, Ermənistan rəhbərliyi heç bir halda bu əraziləri sülhlə tərk etməyəcəkdi. İşğaldan azad edilmiş bəzi ərazilərdə son vaxtlara qədər yaşayışın olması bunun əyani sübutudur.Ermənistan yenə öz vandal əməllərindən əl çəkmir. Belə ki, geri çəkildikcə gələcəkdə istifadəsi mümkün ola biləcək bütün mülki obyektləri məhv edir.

Ermənistanın məğlubiyyəti artıq o yerə çatıb ki, təcavüzkar siyasətin lideri olan Baş nazir Paşinyan öz facebook səhifəsindən xalqa çağırış edir. Hamını 30 nəfər şəklində birləşməyə, özlərinə lider seçməyə vədöyüşə getməyə çağırır. Bu məsələni şərh etməmişdən əvvəl, erməni xalqının bu paylaşımları necə məsxərəyə qoymasının bir daha şahidi olduq. Vəziyyət o yerə çatıb ki, nizami ordunun qarşısına xalqın 30 nəfərlik qruplarını çıxarmaq istəyir, xahiş edir.

Adi bir nümunəyə baxsaq, əvvəlcə yaşı 60-a qədər şəxslərlə bağlı səfərbərlik elan etdilər və söz yox ki, burada 60 yaşdan yuxarı şəxsləri də cəlb etdilər. Bundan sonra isə qadınlardan ibarət bölmə yaratmaq istədilər və təbii ki, bu da baş tutmadı.Bu gün isə mülki əhalini döyüşə səsləyir ki, bu daha absurd düşüncədir”.

"Azərbaycanda isə hər gün on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edərək döyüşə getmək istədiklərini bildirirlər. Bu həm də Azərbaycan xalqının öz liderinə, Ali Baş Komandanına, ordusuna olan dərin inamın təzahürüdür, hər birimiz məsuliyyətimizi dərk etməli və apardığımız uğurlu əməliyyatların məntiqi davamına hazır olmalıyıq. İşğaldan azad edilən ərazilərimizdə artıq yeni infrastrukturun qurulmasına başlanılması işlərinə başlanılması onu göstərir ki, Ermənistanın işğalı bitdikdən sonra tarixi və əzəli torpaqlarımıza yenidən nəfəs gələcək. Talış və Suqovuşan kəndlərinə yeni avtomobil yollarının çəkilməsi böyük qayıdışın artıq başladığının əlamətlərindən biridir.

Tarixi torpaqlarımız boşalır və hər birimiz tezliklə işğaldan azad olunan ərazilərimizə geri qayıtmağımızı səbrsizliklə gözləyirik! Qarabağ Azərbaycandır!”, - deyə A.Əliyev sonda qeyd edib.


Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!