ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı - FOTO

2020-10-22 18:00:00 / 603 dəfə oxunub

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları Kürdəmirdə əməliyyatları davam etdirib və ballistik raketin 8K14 (ELBRUS/SCUD) tipinə aid olduğunu bir daha sübut edən partlamış raket qalıqlarını aşkar edib.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə ANAMA-nın "Twitter" hesabında məlumat verilib.

Xatırladaq ki, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!