Fransadan müsəlman ölkələrinə çağırış

2020-10-26 10:55:33 / 1046 dəfə oxunub

Müsəlman ölkələr Fransa mallarını boykot etmələrini dərhal dayandırmalıdırlar.TASS-ın məlumatına görə, belə bir tələb Fransa Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb.Diplomatlar son zamanlarda bir sıra Yaxın Şərq əyalətlərində kənd təsərrüfatı məhsulları da daxil olmaqla, Fransa məhsullarının boykot edilməsinə çağırışların edildiyinə diqqət çəkiblər.Xarici İşlər Nazirliyi belə çağırışların əsassız olduğunu deyərək, belə aksiyaları dərhal dayandırmağa çağırıblar.Paris ayrıca bu ölkələrin rəhbərliyini də boykot çağırışlarından uzaqlaşmağa, həmçinin, Fransaya məxsus firma və müəssisələrin fəaliyyətlərinə yardım etməyə çağırdı.Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamalarından sonra bir sıra müsəlman ölkələrində fransız mallarına boykot elan edilib.

Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!